BDU-nun əməkdaşı Almaniyada dərman daşıma sistemlərinin xərçəng əleyhinə effektivliyini sınaqdan keçirəcək
Bakı, 30 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynurə Kərimova Almaniyanın Heydelberq Univerisitetinin Manhaym Tibb fakültəsinin nəzdində Cərrahiyə Klinikasında təcrübə keçəcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, 2024-cü il yanvarın 1-dən 31-dək davam edəcək təcrübə zamanı A.Kərimova hüceyrə xətləri üzərində yeni tədqiqat metodlarının öyrənilməsi, eləcə də Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında hazırlanan müxtəlif dərman daşıma sistemlərinin xərçəng hüceyrələrində sınaqdan keçirilməsi üzrə tədqiqatlar aparacaq.
Yeni yaradılan dərman daşıma sistemlərinin xərçəng əleyhinə effektivliyinin sınanılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]