Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-nun Filologiya fakültəsində folklorşünaslığa dair kitabların təqdimatı olub

Bakı, 30 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblının tərtib etdiyi “Nailə ananın söylədikləri (Qubadlı bölgəsi: etnoqrafiya, folklor, dil örnəkləri)” və “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyevanın tərtib etdiyi “Aşıq Xaspolad. Dastanlar” kitablarının onlayn təqdimatı keçirilib. Təqdimatda fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova hər iki nəşrin elmi redaktoru kimi kitabların məzmunu haqqında məlumat verib. O, müəlliflərin gördüyü işləri ətraflı şəkildə şərh edib, toplanılan materialların folklorşünaslar üçün əhəmiyyətindən və Qarabağ bölgəsinin folklor nümunələrinin öyrənilməsi istiqamətində xüsusi önəm daşımasından söz açıb.

Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov erməni terrorunun təkcə ərazilərimizə deyil, maddi-mədəni irsimizə də böyük ziyan vurmasından, işğal olunmuş ərazilərimizin folklor nümunələrinin toplanması sahəsində yaranan problemlərdən, bu müddətdə fakültənin folklorşünas alimlərinin fəaliyyətindən, hər iki nəşrin ərsəyə gəlməsində tərtibçilərin gərgin əməyindən danışıb. Təqdimatı keçirilən hər iki kitabın əlamətdar hadisə olduğunu xüsusi vurğulayan dekan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası əməkdaşlarının folklorşünaslığın müxtəlif istiqamətləri üzrə aparılan araşdırmalarda yaxından iştirak etdiyini bildirib, müəlliflərə uğurlar arzulayıb.

Sonra dosent E.Talıblı Azərbaycan türklərinin etnoqrafiyası, folkloru və xalq danışıq dilinə aid olan “Nailə ananın söylədikləri (Qubadlı bölgəsi: etnoqrafiya, folklor, dil örnəkləri)” kitabında təqdim edilmiş mətnlərin 2014-2019-cu illərdə Qubadlı torpağının yetirməsi, ağbirçək Nailə İmanlının dilindən yazıya aldığını bildirib. Milli-mənəvi sərvətimizi yaşatmaqda, çağdaş nəslə çatdırmaqda N.İmanlının əvəzsiz xidmətləri olduğunu söyləyən müəllif kitabda tərəkəmə-elat həyat tərzini əks etdirən etnoqrafik materialların, xalq danışıq dilinin zənginliyini ifadə edən deyimlərin, mərasim folklorundan parçaların, maraqlı nağılların, ibrətamiz rəvayətlərin, yanıqlı bayatıların, mənalı atalar sözlərinin və başqa janrlara aid örnəklərin toplandığını qeyd edib.

A.Nəbiyeva tərtib etdiyi “Aşıq Xaspolad. Dastanlar” kitabında Qarabağın el sənətkarı Aşıq Xaspoladın səkkiz dastanının yer aldığını, eləcə də dastanların hamısının məhəbbət mövzusunda olduğunu və orta əsrlər reallığını özündə əks etdirdiyini diqqətə çatdırıb.

Aşıq Xaspoladın nəvəsi Röya Mirzəliyeva kitabın tərtibçisi və elmi redaktoruna, tədbirin təşkilinə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirib, aşığın yaradıcılığından, onun aşıq sənətindəki xidmətlərindən, şəxsi muzeyindən, yaratdığı “Nənə qızlar” ansamblından söz açıb.

Sonra Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşları - professorlar Nizami Xəlilov və Ülkər Nəbiyeva, dosentlər Məhəmməd Məmmədov, Könül Həsənova, Təbiət fakültələri üzrə ingilis dili kafedrasının müdiri Abbas Abbasov, Türkologiya kafedrasının professorları - Məhərrəm Məmmədov və Firuzə Ağayeva, Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva və başqaları hər iki kitab haqqında fikirlərini bölüşüb, toplanılan materialların folklorşünaslığa və dilçiliyə dəyərli töhfə olmasından, koqnitiv dialektologiya üçün səmərəsindən danışıb, müəlliflərin əməyini yüksək qiymətləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB