Belarus Prezidenti Ukrayna ilə sərhədin bağlanmasının səbəbini açıqlayıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukrayna ilə sərhədin bağlanması bu ölkədən gələn “silah axını” ilə əlaqədardır.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, A.Lukaşenko Minskdə terrorçuluqla mübarizə sahəsində innovasiyalı texnologiyaların tətbiqi mövzusunda keçirilən beynəlxalq konfransda deyib: “Biz qardaşlarımızla, yaxınlarımızla sərhədi bağlamağa məcbur olduq. Hətta bu sərhədi keçmişdə guya bizə bir nömrəli düşmən olan Şimali Atlantika blokundan da möhkəm bağladıq. Niyə? Çünki oradan silah axını gəlirdi”.
Belarus Prezidenti əlavə edib ki, silah adi adamların, xüsusən millətçilərin əlinə düşdükdə, həmin yerdə terror hadisəsi baş verə bilər. Onun sözlərinə görə, bu səbəbdən Belarus tərəfi Ukrayna ilə sərhəd nəzarətini daha da gücləndirib.
A.Lukaşenko hesab edir ki, Ukrayna münaqişəsinin ilk mərhələsində Avropa onun həllinin tərəfdarı olmayıb. O, bölgədə sabitliyin təmin edilməsi üzrə Minskin təklifinin də Qərb ölkələri tərəfindən nəzərə alınmadığını əlavə edib. Belarus Prezidenti iddia edib ki, məhz bundan sonra Donbas və Krım uğrunda “normand formatında” mübarizə başlayıb. “Biz hamımız Ukraynadakı münaqişə ilə bağlı əziyyət çəkirik. Bu, Ukrayna ilə qonşu dövlətin başçısı kimi mənim üçün də ağrılı problemdir. Beş il ötüb və nədənsə münaqişə həllini tapmayıb. Çünki bu, kiməsə lazımdır”, -deyə A.Lukaşenko sözlərinə yekun vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]