Belarusun hərbi attaşesi Polşadan çıxarılıb
Bakı, 24 fevral, AZƏRTAC
Polşa Belarus səfirliyinin hərbi attaşesini “persona non qrata” elan edib və onun ölkədən çıxmasını tələb edib.
AZƏRTAC Polşanın rəsmi PAP agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Polşa Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Açıqlamada deyilir ki, Belarusun Polşadakı hərbi attaşesi tezliklə ölkəni tərk edəcək.
Həmçinin diqqətə çatdırılıb ki, Belarusun Qrodno şəhərində fəaliyyət göstərən Polşanın baş konsulluğunun iki əməkdaşı və sərhəd xidmətinin nümayəndəsi ölkəni artıq tərk ediblər.
Polşa mətbuatı yazır ki, son aylar Polşa-Belarus münasibətlərində gərginlik müşahidə olunur. ABŞ Prezidenti Cozef Baydenin Polşa səfərindən sonra qarşılıqlı ittihamlar intensivləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]