Belçikada beynəlxalq avtobus marşrutları reyslərində irimiqyaslı əməliyyat keçirilib
Brüssel, 8 aprel, AZƏRTAC
Belçikanın iri şəhərlərinin polisi beynəlxalq avtobus marşrutları reyslərində reydlər aparır.
AZƏRTAC xəbər verir ki, şənbə günü Antverpendə beynəlxalq avtobus daşıyıcılarından istifadə edən sərnişinlərin baqajının və şəxsiyyətinin yoxlanılması ilə bağlı irimiqyaslı polis əməliyyatı həyata keçirilib. Axtarışlar narkotik maddə daşınmasının aşkarlanmasına istiqamətlənib. Yoxlanılmış 171 nəfər sərnişindən 41-də narkotik maddələr aşkarlanıb. Bu isə onların təxminən dörddəbiri deməkdir!
Sərnişinlərin əksəriyyətində viza və ya ölkədə müvəqqəti yaşamağa icazə sənədi etibarlı olmayıb. Reydlər zamanı axtarışda olan 3 nəfər də tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]