Belçikada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilir
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belçika-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı Brüssel şəhərində silsilə tədbirlər keçirir.
Fevralın 26-dək baş tutacaq tədbirlərdə Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvü, ATXƏM-in sədri İlham İsmayıl, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü Cavid Əliyev və “Birlik” jurnalının baş redaktoru İlqar İlkin iştirak edirlər.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər də keçirib. Görüşlərdə türk dünyası diaspor təşkilatlarının ortaq hədəflərinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycan həqiqətlərinin dünyada daha mütəşəkkil şəkildə təbliği üçün birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin Xocalı soyqırımının dünyaya çatdırılması və Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının bu istiqamətdə əməkdaşlıq etmələrinin zəruriliyi qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]