Bələdiyyə seçkiləri ilə əlaqədar İstanbulda 10 milyondan çox vətəndaşın səs verəcəyi gözlənilir
İstanbul, 31 mart, AZƏRTAC
Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Bu seçkilərlə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri ilə yanaşı, kəndlərin, şəhər rayonlarının və məhəllələrin muxtarları da müəyyən olunacaq.
AZƏRTAC xəbər verir ki, səsvermədə ümumilikdə təxminən 57 milyon vətəndaşın iştirak edəcəyi gözlənilir. Səsvermə hüququna malik vətəndaşların sayına görə 10 milyon 560 min 963 nəfərlə İstanbul ilk sıradadır. Şəhər üzrə ən çox seçicinin 556 min 619 sayla Esenyurt rayonundan olacağı gözlənilir. Türkiyənin ən az seçicisi olan bölgə isə 58 min 562 nəfərlə Bayburtdur.
Seçkilərdə 8 min 270 namizəd mübarizə aparır. Onlardan 630-u müstəqil namizədlərdir. Böyükşəhər Bələdiyyəsi sədrliyinə 71 namizədin 24-ü İstanbuldandır.
Seçki ölkənin əksər bölgələrində yerli vaxtla 08.00-dan 17.00 qədər, şərq hissəsində isə bir saat fərqlə, 07.00-dan 16.00-dək davam edəcək.
Qeyd edək ki, bu il keçirilən seçkilərdə Türkiyə vətəndaşlığı almış 54 minə yaxın suriyalı da səsvermə hüququ qazanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]