Bərdə, Füzuli və Cəbrayılda könüllülər üçün seminarlar təşkil edilib
Bakı, 30 aprel, AZƏRTAC
Bərdə, Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə könüllülər üçün seminarlar təşkil edilib.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarın başlıca məqsədi könüllülərin bilik və bacarıqlarının artırılmasından ibarət olub.
Seminarda könüllülərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma tarixi, fəaliyyət sahələri, həyata keçirdiyi layihələr haqqında məlumatlar verilib. Könüllülərin iştirakı ilə qrup məşğələləri təşkil edilib, təşkilatın fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.