REGİONLAR
BƏRDƏ PAMBIQÇILARI MƏHSUL YIĞIMINA BAŞLAMIŞLAR
Respublikamızın ən böyük pambıq istehsalçısı olan Bərdə rayonunda məhsul yığımına başlanmışdır. “Qarabağ pambıq” Açıq Səhmdar Cəmiyyətindən müxbirimizə bildirmişlər ki, bu il fermer təsərrüfatları, torpaq payçıları 5600 hektar sahədə məhsul yetişdirmişlər. Ötən ilə nisbətən pambıq əkinlərinin sahəsi 500 hektar çoxalmışdır, bu da rayonda pambıqçılığın inkişafına təkan vermişdir. Səhmdar Cəmiyyəti 1400 fermer təsərrüfatı ilə müqavilə bağlamışdır. Yığım kampaniyasını mütəşəkkil keçirməkdən ötrü fermerlərə zəruri köməklik göstərilir.
X X X
Ağdam, Ağcabədi, Yevlax, Beyləqan və Tərtər rayonlarında da pambıq yığımına mütəşəkkil hazırlıqla başlanmışdır.