Bərdədə Qələbə günü qeyd olunmuşdur
Bərdə, 9 may (AZƏRTAC). 1941-1945-ci illər müharibəsində Qələbənin 66 illiyi Bərdədə təntənəli surətdə qeyd edillmişdir.
AZƏRTAC xəbər verir ki, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhərin mərkəzindəki Qələbə parkına gələrək Ana abidəsinin önünə gül-çiçək düzmüşlər.
Rayon mədəniyyət evində keçirilən tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Vidadi İsayev, hərbi komissar polkovnik-leytenant Valeh Cəfərov, müharibə veteranları şurasının sədri Gülməmməd Məmmədov və başqaları veteranları Qələbə bayramı münasibətilə təbrik etmiş, 1941-1945-ci illər müharibəsi, müharibədə Azərbaycan xalqının göstərdiyi fədakarlıqdan danışmış, ulu öndər Heydər Əliyevin müharibə veteranlarına həmişə böyük diqqət və qayğı göstərdiyini, Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirdiyini diqqətə çatdırmışlar.
Rəsmi hissədən sonra rayon icra hakimiyyəti tərəfindən müharibə veteranlarına hədiyyələr təqdim edilmişdir.
Tədbir bayram konserti ilə sona çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]