Berlində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Berlin, 2 oktyabr (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş mərasim keçirilib. Tədbir Almaniyada Elm İşçilərinin Biznes Klubu ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Mərasimdə AAKM-nin icraçı direktoru Samirə Patser-İsmayılova, Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Fikrət Axundov çıxış edib, akademik Azad Mirzəcanzadənin şəxsiyyəti barədə fikirlərini söyləyiblər.
“Alman-Azərbaycan Mədəniyyətinin Dostları” Cəmiyyətinin sədr müavini, biznes klubun rəhbəri Adil Bayramov “Neft və qaz sənayesinin inkişafında alim Azad Mirzəcanzadənin rolu” mövzusunda məruzə edib.
Azad Mirzəcanzadənin Almaniyadan olan aspirant və tələbələri çıxış edərək alim haqqında xatirələrini danışıb, Azad Mirzəcanzadənin yüksək intellektli alim və şəxsiyyət olduğunu vurğulayıblar.
Daha sonra “Azad Mirzəcanzadə ilə müsahibə” sənədli filmi nümayiş etdirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]
Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində yeni tədris ili başlayıb
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]