Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berlində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfrans keçirilmişdir

Berlin, 16 may (AZƏRTAC). Mayın 12-də Alman-Azərbaycan Forumunun təşəbbüsü, Azad Berlin Universitetinin Xəzər Regionu Tədqiqatları Mərkəzi və “EuroKaukAsia” Cəmiyyətinin təşkilatçılığı ilə Hamburqun Berlindəki nümayəndəliyində “Dağlıq Qarabağ münaqişəsi: Münaqişənin həllinə alman və Qafqaz nöqteyi-nəzərindən baxış” adlı tədbir keçirilmişdir.

Ölkəmizin Almaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, AFR Bundestaqının deputatları, alman elm fondlarının, universitetlərinin nümayəndələri və jurnalistlərlə yanaşı 100-dən artıq ekspertin qatıldığı tədbirə Yaxın, Orta Şərq və Qafqaz üzrə tanınmış alman mütəxəssisi professor Udo Ştaynbax moderatorluq etmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Ştutqartdakı fəxri konsulu Otto Hauser Azərbaycanın sürətlə inkişaf etməkdə olduğunu və Cənubi Qafqazın iqtisadi lokomotivinə çevrildiyini, regional layihələrdən kənarda qalmış Ermənistanda isə yoxsulluğun günü-gündən artdığını diqqətə çatdırmışdır. O, Azərbaycanın çox mühüm enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığını vurğulamış, eyni zamanda, Avropanın da öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə, o cümlədən öz torpaqlarından qovulmuş insanların doğma yurdlarına geri dönməsinə töhfə verməli olduğunu qeyd etmişdir. Bu baxımdan o, Cənubi Qafqaz üzrə 2009-cu ildə AFR Bundestaqı tərəfindən, 2010-cu ilin may ayında isə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamələrin icrasının vacibliyini bildirmişdir.

“Tarix və beynəlxalq hüquqi dəyərləndirmə” adlı ilk paneldə çıxış edən Almaniyanın Elm və Siyasət Fondunun (SWP) region üzrə mütəxəssisi Doktor Uve Halbax Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin regionda sülh və təhlükəsizliyin təminatı üçün vacibliyini qeyd etmiş, bölgədəki digər münaqişələrin həllindən ötrü də bu münaqişənin açar rolu oynadığını demişdir. O, tədbir iştirakçılarına münaqişənin inkişaf mərhələləri haqqında ətraflı məlumat vermişdir.

Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri professor Eva-Maria Aux SSRİ-nin dağılması kontekstində Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışmış, Rusiya və İran arasında imzalanmış 1813 və 1828-ci il Gülüstan və Türkmənçay sülh müqavilələrinə əsasən ermənilərin Qafqaza köçürülməsi siyəsətinin həyata keçirilməsinə başlandığını qeyd etmişdir. Bu siyasətin davamı kimi sonrakı mərhələlərdə- 1948-53-cü illərdə Ermənistanda yaşayan azərbaycanlıların oradan köçürüldüyünü vurğulamışdır.

Panelin sonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi mövzusunda çıxış edən hüquq elmləri doktoru Hayko Krüger Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək üçün sovet qanunvericiliyi çərçivəsində heç bir hüquqi əsasa malik olmadıqlarını konkret şəkildə iştirakçıların diqqətinə çatdırmış, Kosovo ilə Dağlıq Qarabağ münaqişələri arasında paralellər aparmaq cəhdlərinin tamamilə əsassız olduğunu bildirmişdir. O, Ermənistanda yaşayan bütün azərbaycanlıların oradan qovulduğunu xüsusi olaraq qeyd etmiş, müharibənin gedişi zamanı 1992-ci ildə Ermənistan tərəfindən Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırım törədildiyini vurğulamışdır.

Daha sonra “Geosiyasi maraqlar və dəyişən İttifaqlar: 1994-2011-ci illər arasında regional və beynəlxalq aktorlar” adlı 2-ci paneldə çıxış edən AFR Bundestaqının əməkdaşı Hayko Langner Rusiyanın, Türkiyənin və İranın, Sülh və Münaqişələrin Tədqiqi üzrə Fondun mütəxəssisi doktor Azər Babayev isə ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda geosiyasi maraqları mövzularında çıxış etmişlər. H.Langner Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın özünü təcrid vəziyyətinə saldığını və tamamilə Rusiyadan asılı olduğunu, Azərbaycanın isə inamlı müstəqil bir siyasət həyata keçirdiyini vurğulamışdır.

“Ermənistan və Azərbaycanda sülh fəalları” adlı 3-cü paneldə Stokholm Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin nümayəndəsi Vahe Avetyan, Azərbaycanda fəaliyyət göstərən Səmərəli Təşəbbüslər Mərkəzinin təmsilçisi Anar Usubov və Almaniyada fəaliyyət göstərən jurnalist və Alman-Azərbaycan gəncləri arasında mübadilə proqramını həyata keçirən Brigit Vetzel çıxış etmişlər.

“Etimad quruculuğu münaqişənin həll edilməsi vasitəsi kimi? Almaniya nə edə bilər? Almaniyanın partiya və təşkilatlarının mövqe və fəaliyyətləri” adlı podium müzakirəsində AFR Bundestaqının deputatı Ştefan Libih, Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətinin (DGAP) mütəxəssisi Ştefan Mayster, AFR-in Azərbaycan Respublikasındakı keçmiş səfiri Per Stankina və AFR-in ATƏT-dəki keçmiş səfiri Diter Boden çıxış etmişlər. Deputat Ş.Libih münaqişə ilə bağlı konkret mövqeyini bildirmiş, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və münaqişə nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü nəzərə çatdırmış, beynəlxalq hüququn pozulmasının yolverilməz olduğunu vurğulamışdır.

AFR-in Bakıdakı keçmiş səfiri Per Stankina demişdir ki, Ermənistan özünə sual verməlidir: bugünkü inkişaf sürəti ilə Azərbaycan 10 ildən sonra hansı mövqeyə yiyələnəcək və iqtisadiyyatında durğunluq hökm sürən Ermənistan 10 il sonra hansı vəziyyətdə olacaqdır? Onun sözlərinə görə, Ermənistan münaqişənin tənzimlənməsi prosesinə məhz bu sualı göz önündə tutaraq yanaşmalıdır. Münaqişəyə beynəlxalq hüquqi yanaşma tam şəkildə aydındır və Dağlıq Qarabağın hansı dövlətə mənsub olması bu baxımdan heç bir şübhə doğurmur. Lakin hazırkı mərhələdə ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin siyasi həlli yollarını axtarırlar.

Müzakirələrdə çıxış edən səfir P.Şahbazov gələcəkdə Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların yanaşı yaşamalarını mümkün hesab etdiyini diqqətə çatdırmış, bu məqsədə nail olmaq üçün mühüm etimad quruculuğu tədbiri kimi, ilk növbədə, Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad edilməsinin və etnik təmizləmə siyasətinin qurbanı olmuş yüz minlərlə insanın geriyə dönməsinin vacib olduğunu vurğulamışdır. Səfir habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən 2010-cu il iyunun 26-da G8 Sammiti çərçivəsində Muskokada verilmiş birgə bəyanatda münaqişənin tənzimlənməsi üzrə beynəlxalq cəmiyyət tərəfindən dəstəklənən əsas prinsiplərin öz əksini tapdığını, bu prinsiplərin Azərbaycan tərəfindən qəbul olunduğunu, Ermənistan tərəfindən qəbul edilmədiyini bildirmişdir. Vurğulamışdır ki, beynəlxalq cəmiyyət bu prinsipləri Ermənistana qəbul etdirmək üçün ona təzyiq göstərməlidir.

Tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyi bir daha bariz şəkildə alman ictimaiyyətinin diqqətinə çatdırılmış, münaqişənin tənzimlənməsi üçün Ermənistanın işğalı altında olan torpaqların azad edilməsinin, oradan qovulmuş insanların doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməsinin zəruriliyi vurğulanmışdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

® “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir