BERLİNDƏ REKORD MİQDARDA QƏLP PUL TUTULMUŞDUR
Maliyyə ekspertləri və xüsusi xidmət orqanları təsdiq edirlər ki, Almaniya paytaxtında hələ indiyə qədər belə rekord miqdarda qəlp avro müsadirə olunmamışdır.
Həbs edilən altı nəfər arasında Polşa, Litva, Belarus, Serbiya vətəndaşları vardır. Almaniya paytaxtında məskən salaraq fəaliyyət göstərən qrupun əsas məşğuliyyəti saxta avronu Avropa məkanında “əritmək və yumaq”, bu yolla zəhmətsiz gəlir əldə etməkdən ibarət olmuşdur.
Axtarış zamanı qrup üzvlərinin yaşadıqları mənzillərdən pul kəsən mexanizmlər, printerlər, xüsusi keyfiyyətli kağız, rənglər, hətta əskinasların ortasında gümüşü zolaq həkk etmək üçün xüsusi lent, külli miqdarda qəlp pul və plastik bank kartları tapılmışdır.
Faktla bağlı cinayət işi qaldırılıb və istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]