Beynəlxalq Əlillər Günü münasibətilə konsert – “Biz bir ailəyik”
Bakı, 24 noyabr, AZƏRTAC
Dekabrın 1-də Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert proqramı təqdim olunacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə reallaşacaq konsert fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək məqsədi daşıyır.
Konsertdə daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin və 1 nömrəli sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin üzvləri çıxış edəcək.
Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşayiət edəcək.
Konsertə giriş ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]