BEYNƏLXALQ SƏRGİ-KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
Rəssamlıq Akademiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Gürcüstan, Kanada, Türkiyə, Fransa, Yunanıstan, Makedoniya, Serbiya və Ermənistan nümayəndələrinin iştirak etdikləri sərgi-konfransda ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbələri təmsil etmişlər.
Akademiyanın tələbələri Fəxriyyə Məmmədova və Turə Ağabəyovanın əsərləri sərgidə nümayiş etdirilmiş, “Təsviri incəsənətin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, dosent Leyla Axundzadənin “Müasir sənətin problemləri və beynəlxalq əlaqələr ” mövzusunda məruzəsi maraqla qarşılanmışdır.