BEYNƏLXALQ ŞƏRQ-QƏRB BAKI KİNO FESTİVALI YAXINLAŞIR
İttifaqdan AZƏRTAC-a bildirmişlər ki, qurumun birinci katibi, xalq artisti Rasim Balayev beynəlxalq festivalın keçirilməsi ilə bağlı hazırlıq işləri barədə məlumat vermişdir. O demişdir ki, ötən illərdəki kimi, bu festivalda da son zamanlar MDB, Baltikyanı və bir sıra digər ölkələrdə istehsal olunmuş və müxtəlif festivallarda uğur qazanmış 10 film 5 gün müddətində - dekabrın 20-dən-24-dək “Azərbaycan” kinoteatrında nümayiş etdiriləcəkdir. Festivalın bağlanış mərasimi dekabrın 24-də Musiqili Komediya Teatrında keçiriləcəkdir.
Bu mötəbər tədbirdə ölkəmizi “Qızıl çıraq” milli kino müsabiqəsində qalib gəlmiş və adı dekabrın 20-də festivalın açılışı günü məlum olacaq film təmsil edəcəkdir.
Qalib filmlər “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu”, “Kinoda göstərdiyi xidmətlərə görə” və “Ən humanist ideyaların təbliğinə görə” nominasiyaları üzrə müəyyənləşdiriləcəkdir.
Festival çərçivəsində “Kinematoqrafiya XXI əsrin əvvəllərində” adlı “dəyirmi masa” da keçiriləcəkdir. Tədbirdə Avropanın tanınmış kino xadimlərinin ekspert qismində iştirakı da gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]