Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlığın Zəfəri” adlı tədbir keçirilib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və “Vineyard Azərbaycan” xristian dini icması 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Tolerantlığın Zəfəri” adlı tədbir təşkil edib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK və Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmalarının rəhbərləri, üzvləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Proqramın rəsmi hissəsində dəvət olunmuş qonaqlar çıxış edib, həmçinin ölkəmizdəki tolerantlıq nümunələri ilə bağlı hazırlanmış sosial çarxlar və filmlər nümayiş etdirilib.
Rəsmi hissədən sonra təşkil olunan konsert proqramında isə tanınmış musiqiçilərin ifasında vətənpərvərliklə bağlı musiqilər səsləndirilib, müxtəlif dini kompozisiyalar və milli rəqslər ifa edilib.
Tədbir tolerantlıq nümunəsi kimi ölkəmizdəki dini konfessiyaların rəhbərlərinin Azərbaycan üçün birgə duaları ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]