DÜNYA
Beynəlxalq Valyuta Fondunun rəhbər şəxslərindən biri vəzifədən gedir
Bakı, 10 fevral, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbər şəxslərindən biri vəzifəsini tərk edir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir, IMF-nin icraçı direktorunun birinci müavini Devid Lipton bu ayın sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb. D.Liptonun vəzifədən getməsi Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyevanın islahatlarının bir hissəsidir
D.Lipton 2011-ci ilin sentyabrından IMF-nin icraçı direktorunun birinci müavini vəzifəsində çalışır. Onun səlahiyyət müddəti 2021-ci ilin sentyabrında başa çatacaqdı.
IMF D.Liptonu əvəz edəcək şəxsin müəyyənləşdirilməsi üçün qısa müddətdə işlərə başlanılacağı açıqlayıb.
Beynəlxalq Valyuta Fondunun ənənələrinə görə, qurumun icraçı direktorunun birinci müavini adətən amerikalı olur. Lakin K.Georgiyevanın bu ənənəyə sadiq qalıb-qalmayacağı qeyri-müəyyəndir.