Beynəlxalq Xalça Festivalı günlərində “Qaynana” filmi açıq havada nümayiş etdirilib
Bakı, 6 may, AZƏRTAC
İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalı günlərində rejissor Hüseyn Seyidzadənin 1978-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Qaynana” bədii filmi açıq havada nümayiş etdirilib.
Bu barədə AZƏRTAC-a kinostudiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ekran əsəri ziyarətçilər, xüsusən də filmi ilk dəfə seyr edən turistlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edilib ki, "Azərbaycanfilm"in milli kinomuzun təbliğatı ilə bağlı layihələri davam edir.