ELM VƏ TƏHSİL
Bilik Fondu tibb müəssisəsində maarifləndirici tədbir təşkil edib
Bakı, 23 may, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə mayın 23-də rayon ərazisində yerləşən 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Həbibə Qəribova, xəstəxananın baş həkimi Akif Məmmədov, tibb müəssisəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Bilik Fondunun əməkdaşı Aytən Xubanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təmsil olunduğu qurumun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə Bilik Fondunun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Boran Əzizin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı mühazirəsi dinlənilib.
Mühazirəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.