Binəqədidə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafedəki altı nəfər inzibati qaydada cəzalandırılıb VİDEO
Bakı, 13 aprel, AZƏRTAC
Binəqədi rayonunun A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan altı nəfər saxlanılaraq 5-ci polis bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində polis bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və onlar 100 manat miqdarında cərimə ediliblər.
Obyektin sahibinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.