BİOLOJİ AKTİV ƏLAVƏLƏRİN DƏRMAN PREPARATLARI KİMİ REKLAMI QADAĞAN OLUNMUŞDUR
Rusiya Federal Antiinhisar Xidmətinin nümayəndəsi İrina Vasilenkova bildirmişdir ki, BAƏ istehsalçılarına klinik və laboratoriya tədqiqatlarının müsbət nəticələrinə əsaslanmaq və reklamlarda həkim obrazından istifadə etmək qadağandır. Reklam məlumatında özünümüalicə təlimatı olmamalıdır.
İ.Vasilenkovanın sözlərinə görə, insanlar anlamalıdırlar ki, müalicəni yalnız həkimlər aparmalıdırlar və bunun üçün dərmanları bioloji aktiv əlavələrlə əvəz etmək yox, tibb mərkəzlərinə getmək lazımdır.