Bir neçə orta məktəbin şagirdi Polis Akademiyasının tədris imkanları ilə tanış olublar
Bakı, 2 fevral, AZƏRTAC
Məktəblilər Azərbaycan Gənclər Gününü Polis Akademiyasında kursantlarla birgə qeyd ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən bir neçə orta məktəbin IX-XI sinif şagirdləri 100 illik tarixə malik xüsusi təyinatlı ali təhsil müəssisəmizin maddi-texniki təminatları və tədris imkanları ilə yaxından tanış olublar.
Şagirdlərə Polis Akademiyası haqqında ətraflı məlumat verilib, akademiyaya qəbul qaydaları izah edilib, akademiyanın 100 illiyinə həsr edilən sənədli film göstərilib.