REGİONLAR
Birinci rübdə Şəkidə investisiyanın həcmi 71 faiz artıb
Şəki, 18 may, Mustafa Dadaşov, AZƏRTAC
İlin birinci rübündə Şəkidə 79 milyon 368 min manatlıq məhsul buraxılıb və xidmətlər göstərilib. Hesabat dövründə rayon iqtisadiyyatının inkişafına 25 milyon 366 min manat həcmində investisiya yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 milyon manat və ya 71 faiz çoxdur. Əsas kapitala yönəldilən investisiyanın 90 faizi dövlət, 10 faizi isə özəl mülkiyyətin payına düşür. İnvestisiyanın 98,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qurumdan bildiriblər ki, birinci rübdə Şəkidə əmtəə dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətən 1,3 faiz artaraq 122 milyon 196 min manat olub. Hesabat dövründə rayonda 606 yeni, daimi iş yeri açılıb.