Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş respublika elmi konfransının materialları çap olunub
Bakı, 3 iyul, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransının materialları çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, topluda professor Nadir Məmmədlinin “Birinci Türkoloji Qurultaydan öncə – tarixi kontekst”, professor Mahirə Hüseynovanın “Birinci Türkoloji Qurultayın 100 illik tarixinin ilk mərhələləri”, Baba Məhərrəmlinin “Birinci Türkoloji Qurultayın tarixi önəmi”, Şükrü Halük Akalının “Birinci Türkoloji Qurultayın mirası”, professor İsmayıl Kazımovun “Birinci Türkoloji Qurultayın türkologiyanın sonrakı inkişafına təsiri” və digər məqalələr yer alıb.
Professor Nadir Məmmədli məqaləsində qeyd edir ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Azərbaycanın dünya türkoloji ictimaiyyəti qarşısında mühüm tarixi hadisə olub, ölkəmizin bu sahədəki mövqeyini və yerini nümayiş etdirib, türkoloji elmi-praktik mühitin miqyasını aydın şəkildə göstərib. Bu qurultay SSRİ-nin sərhədlərini aşaraq beynəlxalq miqyasa çevrilib. Nəticə etibarilə, qurultay türk xalqlarının dili, ədəbiyyatı, etnoqrafiyası və coğrafiyasını araşdırmaq məqsədilə sistemli elmi tədbirlərin başlanğıcı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [16:03]
Akademik: “Yüksəliş”i bir müsabiqə deyil, hərəkat hesab edirəm
- 03.07.2026 [15:19]
Altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib
- 03.07.2026 [14:45]
Aqrar sektor və təhsil sahəsi arasında əməkdaşlıq genişləndiriləcək
- 03.07.2026 [14:23]
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
- 03.07.2026 [13:42]