BİRİNCİ YARIM İLDƏ 967 KİÇİK MÜƏSSİSƏ VƏ OBYEKT ÖZƏLLƏŞDİRİLMİŞDİR
Özəlləşdirmə prosesi başlayandan 2008-ci il iyulun 1-dək ölkədə ümumi dəyəri 212,2 milyon manat olan 49 min 445 kiçik müəssisə və obyekt, o cümlədən 945 sənaye, 123 kənd təsərrüfatı müəssisəsi, 581 tikinti təşkilatı, 3 min 919 ticarət, 1125 iaşə müəssisəsi, 10 min 169 məişət xidməti, 691 yanacaqdoldurma məntəqəsi, 20 min 346 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 202 kommunal təsərrüfat obyekti və 11 min 344 digər dövlət müəssisəsi, obyektlər və avadanlıq özəlləşdirilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin altı ayında ümumi dəyəri 26,2 milyon manat olan 967 kiçik müəssisə və obyekt özəlləşdirilmişdir. Nizamnamə kapitalının məbləği 6,2 milyon manat olan 8 dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdir.
Yanvar-iyunda 429 dövlət müəssisəsinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsindən 8,5 milyon manat vəsait əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]