BİRJA BAZARININ APARICI BANKLARI MÜƏYYƏN EDİLMİŞDİR
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən hərracların yekunlarına görə, iyunda birjanın sərbəst dönərli valyuta (SDN) bazarının 5 aparıcı operator bankı müəyyən edilmişdir.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladıqları əqdlərin payına görə birjanın valyuta bölməsinin lider bankları sırasına “Bank Standard” QSC, Azərbaycan Beynəlxalq Bankı, “Unibank” ASC, “Kapital Bank” Səhmdar-Kommersiya Bankı, “Texnikabank” Səhmdar-Kommersiya Bankı daxildir.
Ötən ay BBVB-nin valyuta bölməsinin hərraclarında cəmi 30 bank iştirak etmişdir. Hesabat ayında “Birja Hərraclarının Elektron Sistemi”ndə (BHES) 38 ticarət sessiyası keçirilmiş, 159 əqd qeydə alınmışdır. Valyuta bölməsində hərracların məbləği 358,131 milyon manat və ya 439,087 milyon dollar olmuşdur. Valyuta bölməsində hərracların məbləği may ayının göstəriciləri ilə müqayisədə 2,32 dəfə, BHES-də orta gündəlik dövriyyə isə 2,5 dəfə - 9,341-dən 23,110 milyon dollaradək artmış, hər bir əqdin orta məbləği maydakı 1,507 milyon dollar müqabilində iyunda 2,762 milyon dollar təşkil etmişdir.
Birjanın 15 illik fəaliyyəti ərzində hərracların həcminə görə hesabat ayını 2006-cı ilin dekabr ayından sonra ikinci saymaq olar. O vaxt BBVB-nin valyuta bölməsində ümumən 378, 664 milyon AZN məbləğində əqdlər qeydə alınmışdı.
Bununla yanaşı, 2007-ci ilin iyun ayının göstəriciləri ilə müqayisədə xarici valyutalarla hərracların həcmi iki dəfə artmış, valyuta bölməsinin dövriyyəsi isə yarım ilin yekunlarına görə 1215 milyon manata, yaxud 1,464 milyard dollara çatmışdır ki, bu da 2007-ci ilin yanvar-iyun aylarında valyuta bölməsində hərracların həcmi ilə müqayisədə 2,15 dəfə çoxdur.
Qeyd etmək lazımdır ki, hesabat ayında milli valyutanın birja məzənnəsi 1,06 faiz möhkəmlənərək 1 dollar üçün 0,8193-0,8106 manat olmuşdur. Nəticədə iyunda manatın ABŞ dollarına nisbətən orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8156 AZN təşkil etmişdir, halbuki may ayının yekunlarına görə 0,8253 AZN-ə bərabər idi. İlin əvvəlindən milli valyutanın birja məzənnəsi ABŞ dollarına nisbətən 3,51 faiz, son bir ildə isə 4,59 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [18:51]
HDQ-də döyüş atışlı taktiki təlim olub
- 12.06.2026 [18:46]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:44]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:28]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [18:24]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:20]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [18:19]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:14]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [18:11]
Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI
- 12.06.2026 [18:10]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:09]
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan
- 12.06.2026 [18:08]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [18:06]