Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
Əbu-Dabi, 19 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əhalisinin 96,1 faizi gecə gəzintiləri zamani özlərini təhlükəsizlikdə hiss edirlər və bu da dünyada ən yüksək göstəricilərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dubay polisinin ictimai təhlükəsizlik idarəsi sədrinin müavini, general Dahi Xalfan Təmim açıqlama verib.
Onun sözlərinə görə, dünya üzrə reytinqində bu göstəriciyə görə ikinci yeri Sinqapur tutur - 94 faiz. Ölkədəki bu yüksək nailiyyətin əsasında BƏƏ-nin rəhbərliyinin apardığı siyasət və strategiya dayanır.
General qeyd edib ki, əmirliyin polisi, həmçinin Nyu-Yorkdan sonra həyəcan çağırışına ən tez reaksiya verən ölkələr sırasında ikinci yeri tutur. Qeyd olunur ki, son il ərzində ölkədə kriminogen şərait yaxşılaşıb. Belə ki, ağır cinayətlərin sayı 2017-ci ildə 67,69 faiz təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 49,5 faizə düşüb. BƏƏ-də, həmçinin zorlamanın sayının rekord həddə aşağı səviyyədə qeydə alınıb - 1,2 faiz.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]