BİŞKEKDƏ SƏRHƏD QOŞUNLARI KOMANDANLARI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏKDİR
Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, martın 12-dən 14-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB-nin üzvü olan dövlətlərin Sərhəd Qoşunları Komandanları Şurasının \SQKŞ\ növbəti iclası keçiriləcəkdir. Tədbirdə Azərbaycanı Dövlət Sərəhd Xidməti rəisinin birinci müavini, general-mayor İnayət Xəlilov təmsil edəcəkdir.
İclasda SQKŞ haqqında müddəaya dəyişikliklərin və əlavələrin edilməsi, MDB-yə üzv olan dövlətlərin 2004-cü ilədək cinayətkarlıqla və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə proqramının həyata keçirilməsində Şuranın iştirakı məsələləri, 2002-ci ildə SQKŞ-nın fəaliyyətinin yekunları və sərhəd sahəsində əməkdaşlığın təkmilləşdirilməsinə yönəldilmiş proqramın həyata keçirilməsi üzrə tədbirlər planının müzakirəsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]