Bişkekdəki Heydər Əliyev adına məktəbdə Azərbaycanın Ümummilli Liderinin xatirəsi yad edilib
Bakı, 13 may, AZƏRTAC
Bişkekdəki 20 nömrəli məktəb-gimnaziyanın tədris-tərbiyə kompleksində adı bu məktəbə verilmiş dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi yad edilib.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, tədbir çərçivəsində məktəb şagirdlərinin hazırladığı konsert proqramı təqdim olunub. Həmçinin Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov məktəbin şagirdlərinə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verib, iki ölkə arasındakı əməkdaşlıqdan danışıb.