“Bloomberg” dünyanın ən varlı insanlarının bu il itirdiyi pulları hesablayıb
Bakı, 22 dekabr, AZƏRTAC
“Bloomberg” agentliyi 2018-ci ildə dünyanın ən varlı insanlarının varidatının 511 milyard dollar azaldığını bildirib.
AZƏRTAC xəbər verir ki, “Bloomberg Billionaires Index” siyahısına daxil olan ən varlı 500 biznesmenin ümumi kapitalı 4,7 trilyon dollaradək azalıb. Ekspertlərin hesablamalarına görə, siyahının lideri - “Amazon” kompaniyasının sahibi Ceff Bezos il ərzində 53 milyard dollar zərərə düşüb. Onun aktivləri pik dövründə 168 milyard dollar həcmində qiymətləndirilirdi, ilin sonunda isə biznesmenin varidatı 115 milyard dollar təşkil edib.
Reytinqə daxil olan amerikalı milyarderlər (ABŞ-ın 173 nümayəndəsi) ilin əvvəlindən bəri ümumilikdə 5,9 faiz kapital itirib. Onların var-dövləti hazırda 1,9 trilyon dollar həcmində qiymətləndirilir. Ən varlı asiyalı biznesmenlərin kapitalı isə 144 milyard dollar azalıb.
Analitiklər avropalı milyarderlərin aktivlərinin dəyərinin də azalmasını müşahidə ediblər. Belə ki, şin istehsalı ilə məşğul olan Almaniyanın “Continental AG” kompaniyasının səhmdarları - Şeffler ailəsi üzvlərinin göstəriciləri ilin əvvəlindən bəri 17 milyard dollar aşağı düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]