BMqT-nin Azərbaycandakı nümayəndəliyi ilə ANAMA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, Avropa və Mərkəzi Asiya üzrə regional təhlükəsizlik mütəxəssisi Dominik Eugene Bollier ilə görüşüb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, görüş əsnasında agentliyin yaradılması, məqsəd və vəzifələri, eləcə də Azərbaycanda mövcud mina təhlükəsi ilə mübarizə istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə yerləşən kəhrizlərin mina və digər partlayıcı sursatlarla çirklənmə vəziyyətinin dəyərləndirilməsi, onların təhlükəsiz bərpası məqsədilə minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi, minadan zərərçəkənlərə yardım və digər istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:19]
Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə
- 11.06.2026 [14:29]