BMT “Dorian” qasırğasından əziyyət çəkən Baham adalarına yardım göndərəcək
Bakı, 6 sentyabr, AZƏRTAC
BMT “Dorian” qasırğasından əziyyət çəkən Baham adalarına 8 ton ərzaq yardımı göndərəcək.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi Stefan Dujarrik məlumat yayıb. O qeyd edib ki, təcili yardım qrupları ilə əlaqə qurmaq üçün bölgəyə peyk avadanlıqları da göndəriləcək.
BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lokkok qasırğadan sonra Baham adalarında olub. Bildirib ki, burada 70 min insanın yeməyə və içməli suya ehtiyacı var.
Xatırladaq ki, qasırğa sentyabrın 1-də Baham adalarının şimal hissəsinə çatıb. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının ilkin məlumatına görə, Baham adalarında ümumilikdə 13 min tikili dağılıb və ya zədələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]