BMT: Hazırda dünya əhalisinin 16 faizi 15-24 yaş həddində olan gənclərdir
Bakı, 20 fevral, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti (UN DESA) “Gənclər və 2030-cu ilədək dayanıqlı inkişaf proqramı” hesabatını hazırlayıb.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, hesabatda təşkilatın 2030-cu ilədək dayanıqlı inkişaf hədəflərinə çatmaqda gənclərin roluna dair Əddis-Əbəbə konfransının və Gənclərin Fəaliyyəti üzrə Dünya Proqramının müddəalarının yerinə yetirilməsi məsələləri əks olunub.
Hesabatda təşkilata üzv dövlətlərdə və vətəndaş cəmiyyətlərində, o cümlədən gənclər təşkilatlarında qarşıdakı 3 il müddətində gənclərin siyasi, iqtisadi və sosial həyatda daha fəal iştirakı ilə bağlı vəzifələr açıqlanıb. Qeyd olunub ki, hazırda dünya əhalisinin 1,2 milyard nəfəri, yaxud 16 faizi 15-24 yaş həddində olan gənclərdir. Onlar iqlim dəyişiklikləri, işsizlik, yoxsulluq, gender bərabərsizliyi, münaqişələr və miqrasiya kimi qlobal problemlərin həllində daha fəal rol oynamalıdırlar. Bütün bunları təmin etmək üçün üzv dövlətlər gənclərin təhsili və işlə təmin olunması ilə bağlı məsələlərin həllinə diqqəti artırmalıdır.
Altı fəsildən ibarət olan hesabat gənclərin müxtəlif sahələrdə qarşılaşdıqları problemlər və onların həlli yollarını əks etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]