BMT-NİN BAŞ KATİBİ KOFİ ANNAN TÜRKİYƏDƏ SƏFƏRDƏDİR
Fevralın 24-də Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər qısamüddətli işgüzar səfərlə Ankaraya gələn Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annanı Çankaya köşkündə qəbul etmişdir.
BMT-nin baş katibi prezident Əhməd Necdət Sezərə Kipr probleminin həlli üçün hazırlanan üçüncü plan haqqında məlumat verdi, bunu adanın həm yunan, həm də türk icmalarının razılıqla qarşılayacaqlarına ümidvar olduğunu bildirdi. Prezident Əhməd Necdət Sezər möhkəm sülhün və əmin-amanlığın bərqərar olması üçün hər iki tərəfin mövqeyinə diqqət yetirilməsinin əhəmiyyətini vurğuladı, Kipr türklərini narahat edən məsələləri BMT-nin baş katibinin nəzərinə çatdırdı.
BMT-nin baş katibi Kofi Annan Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanla da görüşdü. Görüşdən sonra birgə mətbuat konfransı keçirildi. Kofi Annan və Rəcəb Tayyib Ərdoğan yerli və əcnəbi jurnalistələrin suallarına cavab verərək, Kipr probleminin həlli üçün hazırlanan BMT planı barədə mövqelərini açıqladılar. Baş katib plan haqqında Yunanıstanın rəsmi mövqeyini öyrənmək üçün Ankaradan sonra Afinaya səfər edəcəyini bildirdi. Kipr adasında möhkəm sülh və əmin-amanlıq yaranması üçün aparılan müzakirələrin həlledici mərhələyə qədəm qoyduğunu söylədi.
Fevralın 25-də BMT-nin baş katibi Kofi Annan Türkiyənin baş naziri Abdullah Gül ilə görüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:56]
Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir
- 15.06.2026 [11:24]
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:28]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:17]
Zelenski ilə Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [19:12]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [19:10]
Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib
- 14.06.2026 [18:37]
İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib
- 14.06.2026 [18:34]
Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
- 14.06.2026 [18:32]