Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO
Şuşa, 15 iyun, AZƏRTAC
Sülh quruculuğundan danışarkən Azərbaycan təcrübəsini qeyd etməmək mümkün deyil. Biz görürük ki, beynəlxalq hüququn prinsiplərinə və qəti siyasi iradəyə əsaslanaraq Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionda yeni iqtisadi əsaslar formalaşdırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Moldova Parlamentinin üzvü Pavel Voyku “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.
“Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, milli maraqlar abstrakt anlayış deyil, əksinə inkişaf və rifahın əsasını təşkil edən fundamental prinsiplərdir.
Dövlətin ardıcıl siyasətinin reallığı necə dəyişdirdiyini göstərən bu təcrübə bizim üçün ilhamverici nümunədir”, - deyə o qeyd edib.