BMTİP-İN REGİONAL DİREKTORU AZƏRBAYCANA GƏLİR
BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB ölkələri üzrə regional bürosunun direktoru Kalman Mijey Azərbaycanın əsas problemləri ilə tanışlıq, bunların həllində BMTİP-in rolu və onunla əməkdaşlıq məsələsində respublika hökumətinin bundan sonrakı mövqeyini müəyyənləşdirmək məqsədi ilə iyulun 16-18-də ölkəmizdə səfərdə olacaqdır.
BMT-nin Azərbaycan ofisindən verilən xəbər görə, BMTİP-in regjional bürosunun direktoru Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə, xarici işlər naziri Vilayət Quliyevlə, iqtisadi inkişaf naziri Fərhad Əliyevlə və digər rəsmi şəxslərlə görüşəcəkdir. Kalman Mijey BMTİP-in Azərbaycandakı bir sıra layihələrinin həyata keçirilməsi ilə də tanış olacaqdır.