BMU-nun tələbəsi beynəlxalq müsabiqədə uğur qazanıb
Xırdalan, 8 oktyabr, AZƏRTAC
Rusiya Federasiyasının Kazan şəhərində BRICS+ ölkələrinin iştirakı ilə “BRICS - gələcək bacarıqlar və texniki çağırış 2024” adlı perspektivli texnologiyalar üzrə beynəlxalq müsabiqə keçirilib.
Azərbaycanın da təmsil olunduğu müsabiqədə Bakı Mühəndislik Universitetinin (BMU) ekologiya mühəndisliyi ixtisasının tələbəsi Saleh Quluzadə böyük uğura imza atıb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, o, müsabiqədə “İnsansız hava vasitələrinin idarə olunması” nominasiyası üzrə III yeri tutub.
Dünyanın 30-dan artıq ölkəsindən tələbə və şagirdlərin qatıldığı müsabiqə gənclərin texnoloji bilik və bacarıqlarının inkişafına dəstək və onları innovativ yeniliklərə təşviq etmək məqsədi daşıyıb.