BMU professorunun məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub
Bakı, 18 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) elm və innovasiya məsələləri üzrə prorektoru professor Agasi Məlikovun həmmüəllifi olduğu elmi məqalə Scopus bazasında indekslənən Q1 kateqoriyalı “Methodology and Computing in Applied Probability” jurnalında dərc edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Analysis of BMAP/PH/c Retrial Queue with Threshold-Controlled Retrials and Synchronous Working Vacation” adlı məqalədə çoxkanallı təkrar müraciətli xidmət sistemi BMAP tipli qrup daxilolmalar və faza-tipli xidmət vaxtları əsasında təhlil olunub. Tədqiqat çərçivəsində həddə əsaslanan təkrarlanma mexanizmi, serverlərin sinxron işçi istirahət rejimi və müştəri səbirsizliyi kimi amillər nəzərə alınıb.
Model çoxölçülü Markov zənciri vasitəsilə qurularaq sistemin stasionar ehtimalları və əsas performans göstəriciləri müəyyən edilib. Əldə olunan nəticələr parametr dəyişikliklərinin xidmət sisteminin effektivliyinə ciddi təsir göstərdiyini ortaya qoyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:05]
Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri
- 05.06.2026 [11:51]
BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır
- 05.06.2026 [11:17]
İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
- 05.06.2026 [10:54]
XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib
- 04.06.2026 [20:53]