Azərbaycan Dövlət İnformasiya Agentliyi

“BNE Intellinews”: Azərbaycan dəniz külək enerjisi üzrə liderə çevrilə bilər

Bakı, 6 iyul, AZƏRTAC

Avropa biznes dairələrinin “BNE Intellinews” (Business New Europe) nəşrində Azərbaycanda dəniz külək enerjisinin inkişaf perspektivlərindən bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 2022-ci ildə Qlobal Gülək Enerjisi Şurasının (Global Wind Energy Council – GWEC) Avstraliya, Şri-Lanka və Türkiyə kimi digər ölkələrlə yanaşı, Azərbaycanı

da dəniz külək enerjisindən istifadə potensialına görə lider dördlüyə daxil etməsi qeyd olunur.

Nəşr yazır ki, həmin il keçirilən Bakı Enerji Forumunda Azərbaycan dəniz külək enerjisinin inkişafı üzrə yol xəritəsini təqdim edib. Azərbaycanın Energetika Nazirliyinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Dünya Bankı ilə birgə hazırladığı plan 2040-cı ilədək Azərbaycanın Xəzər şelfində ümumi gücü 7,2 QVt olan dəniz külək stansiyalarının quraşdırılmasını nəzərdə tutur. Bu məqsədlər Azərbaycanın dekarbonizasiya və davamlı inkişaf sahəsində prioritetlərinə uyğundur. Dəniz külək enerjisinin quraşdırılmış gücü ölkənin enerji təchizatının 37 faizini təmin edə bilər. Bundan əlavə, Azərbaycanda dəniz külək enerjisi mülayim templə inkişaf edərək 2040-cı ilədək quraşdırılmış gücünü 1,5 QVt-a çatdıracaq və 7 faiz karbonsuz enerji istehsalına nail olacaq.

Məqalədə qeyd olunur ki, yol xəritəsində dəniz külək enerjisinin potensialından istifadəyə dair tövsiyələr də var. Bunlara 2030 və 2036-cı illər üçün hədəflərin müəyyən edilməsi, 200 MVt gücündə pilot layihənin və daha sonra daha böyük layihələrin işlənib hazırlanması, dənizdə yeni külək enerjisi imkanlarının açılması, infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinin cəlb edilməsi üçün qabaqcıl qlobal təcrübələrin tətbiqi və dayanıqlı dəniz külək layihələri üzrə bir sıra tədbirləri həyata keçirmək məqsədilə dövlət təşkilatlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması daxildir.

Nəşr xüsusilə vurğulayır ki, Azərbaycan yaşıl enerji və elektrik enerjisinin mühüm istehsalçısı, o cümlədən ona ehtiyacı olan Avropanın tədarükçüsü olmağa çalışır. Energetika naziri Pərviz Şahbazov COP28 çərçivəsində Dubaydakı Azərbaycan Milli Pavilyonunda ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Ceffri Payett ilə görüşdə bərpaolunan mənbələrdən elektrik enerjisinin Avropaya ixracı üçün Xəzər dənizində meqaistehsal müəssisələrinin yaradılacağını açıqlayıb.

Yazıda bildirilir ki, 2023-cü ildə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşü və Yaşıl Enerji üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci görüşü zamanı Azərbaycanın Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti bir sıra sənədlər, o cümlədən gücü 1,5 QVt-a qədər olan dəniz külək enerjisi layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalayıb. Bu ilin mayında isə Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt gücündə quruda külək elektrik stansiyasının tikintisi layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.

Bu il keçirilən Bakı Enerji Forumunda çıxış edən “ACWA Power” şirkətinin vitse-prezidenti və regional direktoru Abid Malik Azərbaycanın bərpa olunan enerji baxımından böyük perspektivə malik olduğunu bildirib. O vurğulayıb ki, siyasi cəhətdən sabit region olması ilə yanaşı, Azərbaycan tranzit marşrutları və dəhlizlərinin üstünlükləri baxımından da çox əlverişlidir və “ACWA Power” üçün əsas ölkədir.

Məqalədə qeyd olunur ki, bunlar sadəcə sözlər deyil. Azərbaycan hökuməti yaşıl enerjiyə keçidi sürətləndirməyə və bunu ən səmərəli şəkildə həyata keçirməyə sadiqdir. Dəniz külək enerjisi mədən yanacaqlarına tələbatın labüd azalması fonunda ölkə üçün faydalıdır. Azərbaycan bərpaolunan resurslardan istifadə etməklə, istehsal olunacaq enerjinin qlobal ixracatçısına çevrilmək niyyətindədir.

“BNE Intellinews” vurğulayır “İqtisadçılar hesab edirlər ki, bu potensial düzgün idarə olunarsa, xərclər kifayət qədər tez geri qaytarılacaq. Biz də düşünürük ki, onlar səhv etmirlər”.

Məqalədə, həmçinin dəniz külək enerjisinin inkişafı üzrə, xüsusən də Türkiyə, Şimali Avropa ölkələri və ABŞ-da həyata keçirilən digər beynəlxalq layihələrdən bəhs olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NTV telekanalı: Fransa mediası yanğında həlak olan türk uşaqların şəxsiyyətini qəsdən göstərmir

Təşkilat: Britaniyada təcili yardım xidməti pandemiyadan əvvəlkindən pis vəziyyətdədir

Ukrayna tərəfi Vladimir Putinin atəşkəs qərarına reaksiya verib

Londonun mərkəzində velosiped sürənlərin sayı 50 faizdən çox artıb

İspaniyada enerji böhranına görə AES-lərin fəaliyyəti dayandırılıb

Cənubi və Qərbi Avropada elektrik şəbəkələrinin fəaliyyətində genişmiqyaslı nasazlıq baş verib

Naxçıvanda “Görmək gözəldir” tibbi aksiyası çərçivəsində 451 nəfər oftalmoloji müayinədən keçib

Azərbaycan komandaları Lefkoşada keçirilən TECHNOFEST-2025 Festivalının finalında iştirak edəcək

Daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub

İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər YENİLƏNİB VİDEO

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər YENİLƏNİB VİDEO

Türkiyə klubu UEFA Gənclər Liqasının finalında "Barselona"ya uduzub

Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının növbəti konserti olub

Misli Premyer Liqası: "Neftçi" Sumqayıtda xal itirib

Azərbaycan gimnastı Dünya Kuboku seriyasının qalibi adına layiq görülüb

Kahramanmaraş sakinləri vilayətin bərpasına verdiyi töhfəyə görə Azərbaycana minnətdarlıq ediblər

Pekin Si Cinpin ilə Donald Tramp arasında telefon danışığı iddialarını təkzib edib

Növbəti mövsüm voleybol üzrə Azərbaycan çempionatında yeni komanda mübarizə aparacaq

İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib

Məhkəmədə Şuşa rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı barədə videomateriallar nümayiş etdirilib VİDEO

Məhkəmədə Şuşa rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı barədə videomateriallar nümayiş etdirilib VİDEO

Qazaxda “Zəngin mənəviyyata sahib əsl ziyalı, qayğıkeş ana, vəfalı ömür yoldaşı” adlı tədbir keçirilib - FOTO

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

TÜRKPA komissiyasının iclasında model qanun layihələri müzakirə edilib

Prezident Pezeşkian: İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər

Beynəlxalq Valyuta Fondunun Dövlət Maliyyə Statistikası üzrə missiyasının Azərbaycana səfəri başlayıb

İran Prezidenti: Bizim universitetlərimiz biri-biri ilə təcrübələri bölüşə bilərlər

Məsud Pezeşkian: Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır

Milli Məclisin sədri İranın İslam Şurası Məclisinin sədrinə başsağlığı verib

“Bakı: kainat boyunca” tamaşasının premyerası baş tutub

Cənubi Koreyada güclü meşə yanğınlarına görə sakinlər təxliyə ediliblər

Azərbaycan Prezidenti: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir

Macarıstan Azərbaycanın su ehtiyatları ilə maraqlanır

Lu Mey: Çin ölkəmizin ŞƏT-də hüquqi statusunu gücləndirməkdə Azərbaycanı dəstəkləyir

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edilib

Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” keçirilir

Məsciddə qətl: qatil İtaliyada təslim olub

Ağ ev: “Tramp Rusiya ilə Ukrayna arasında müvəqqəti deyil, daimi atəşkəs istəyir”

® “PAŞA Holdinq”in təşkilatçılığı ilə “Future Shapers” proqramının açılış tədbiri keçirilib

Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib

Naxçıvan yetirməsi olan iki kikboksçu Türkiyədə döyüş gecəsinin qalibi olub

Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Prezident: Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir

“AzerGold”da Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub

Səfir: Çin minalanmış ərazilərin təmizlənməsində Azərbaycana humanitar yardım etməyə davam edir

Tramp Kanadaya 51-ci ştat olmaq çağırışını təkrarlayıb

İqtisadiyyat Nazirliyi ilə ABŞ şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Prezident İlham Əliyev: Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir

Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu işə başlayıb YENİLƏNİB-2

Lu Mey: Ötən doqquz ay ərzində hər iki tərəf dövlət başçılarının əldə etdiyi konsensusu ardıcıl surətdə həyata keçirib VİDEO

Lu Mey: Ötən doqquz ay ərzində hər iki tərəf dövlət başçılarının əldə etdiyi konsensusu ardıcıl surətdə həyata keçirib VİDEO

® ABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi!

“Titanik” filmində istifadə olunan skripka 54 min funt sterlinqə satılıb

Heydər Əliyevin dövlət quruculuğunda milli iqtisadiyyat konsepsiyası

® "Birbank Biznes" regionda yaşayan sahibkarları bir araya gətirib

Azərbaycandan xarici ölkələrə alma, armud və heyva ixracında nəzərəçarpacaq artım müşahidə olunur

Heydər Əliyev və dövlətçilik dəyərləri: hüquqi irs və milli suverenlik - seminar

Culfa rayonunda mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb FOTO

Səfir: Dövlət rəhbərlərinin diplomatiyası Çin-Azərbaycan münasibətlərinin inkişafında kompas və yüksələn ulduzdur VİDEO

Səfir: Dövlət rəhbərlərinin diplomatiyası Çin-Azərbaycan münasibətlərinin inkişafında kompas və yüksələn ulduzdur VİDEO

İran Prezidenti: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq

Balaxanı neftçiləri Ümumdünya Əməyin Mühafizəsi Gününü qeyd ediblər

Fransanın Ümumi Əmək Konfederasiyası Dünkerkdə nümayiş keçirilməsi üçün çağırış edib

Fransada bir neçə milyard avroya qənaət etmək üçün iş yerləri ləğv olunacaq

® “Azercell” “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır

Lu Mey: Yeni energetika sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praqmatik əməkdaşlığın mühüm istiqamətidir

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələri genişləndirmək üçün imkanlar müzakirə edilib

Çin səfiri: 2024-cü ildə TBNM boyunca ümumilikdə 369 qatar hərəkət edib

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib  YENİLƏNİB VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib  YENİLƏNİB VİDEO

MEK əməkdaşları “Rumyantsev qiraətləri – 2025” adlı beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

® “Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

Daşkəsəndə akademik Zərifə Əliyevanın xatirəsi anılıb, kitab sərgisi keçirilib

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb olub

Dövlət Komitəsinin kollektivi akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib

Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Müdafiə Nazirliyinin bir qrup qadın hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib

İran parlamentinin deputatı: Azərbaycan mühüm qonşu dövlətdir

Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinin açılışı olub

Nazir: İstanbulda baş verən zəlzələdə infrastruktura zərər dəyməyib

Gürcüstanın əsas müxalifətyönümlü televiziya kanalı tam bağlanır

İran Prezidenti Məsud Pezeşkian Bakıda şəhidlərin xatirəsini anıb

Bakının Qlobal Şimalla Qlobal Cənub arasında vasitəçi rolunda çıxış etməsi Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir - RƏY

Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının növbədənkənar qurultayı keçiriləcək

ADA Universitetində “TechFront: Texnologiyanın sərhədlərini kəşf et” mövzusunda akademiya-sənaye görüşü keçirilib

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Türkiyədə simpoziumda iştirak edib

Kanada yeni baş nazirini seçir

İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

BDU-da “Yaşıl və rəqəmsal İpək Yolu” beynəlxalq startap akselerasiya proqramı üzrə infosessiya keçirilib

“Qərbi Azərbaycan etnoqrafiyasına dair sənəd axını” - elmi seminar

Qanalı iştirakçı: Forumda müzakirə olunan Qlobal Cənub əməkdaşlığı məsələsi bizə çox kömək edəcək

Sumqayıtda su sayğaclarını oğurlayanlar saxlanıldı

Seyşel adalarının təhsil eksperti: Bakı forumu nailiyyətlərimizi və çətinliklərimizi bölüşmək imkanı yaradır

DSX-də akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd edilib

Zəngəzur dəhlizi Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir və strateji təşəbbüs kimi qiymətləndirilir - MÜSAHİBƏ

Multikulturalizm Mərkəzinin həmtəşkilatçılığı ilə Səmərqənddə konfrans keçirilib

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Ulusal telekanalı ilə birgə televiziya verilişlərinə start verib

Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb

Xidmət rəisi: Süni intellektin yaratdığı elmi-texniki inqilab əmək məhsuldarlığının artmasına səbəb olacaq

Azərbaycanın yunan-Roma güləşçisi Macarıstanda qızıl medal qazanıb

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub YENİLƏNİB  VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Qlobal Cənub QHT Platformasının sədrliyi Azərbaycana verilib VİDEO

Qlobal Cənub QHT Platformasının sədrliyi Azərbaycana verilib VİDEO

Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib