Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstan KİV-lərində Şuşanın işğalı ilə bağlı silsilə xəbərlər dərc olunub

Sofiya, 16 may, AZƏRTAC

Bolqarıstanın aparıcı KİV-lərində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə əlaqədar silsilə məqalə və məlumatlar yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Şuşa şəhərinin işğalın ildönümü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tərəfindən Bolqarıstan KİV-lərinə müraciət ünvanlanıb. Müraciət müxtəlif adlar altında Bolqarıstan Milli Radiosunun, “Fokus” xəbər agentliyinin, “Kırcaalihaber” qəzetinin, Fakti.bg, Novini247.com, Novinata.bg, 5gmedia.bg, İskra.bg internet portallarının, Blacksea-caspia.eu və Svobodennarod.eu internet səhifələrində çap olunub.

Müraciətdə Şuşa şəhərinin yaranma tarixindən bəhs olunaraq onun Azərbaycan musiqisinin və mədəniyyətinin beşiyi və Qarabağın incisi adı ilə Orta Asiya və Orta Şərqdə tanındığı qeyd olunur. 18-ci əsrin ortalarından 1822-ci ilədək Qarabağ xanlığının paytaxtı olan şəhərin, eyni zamanda, Azərbaycan xalçaları, ipəkləri, parçaları və çini qabları ilə dünya bazarında böyük populyarlıq qazandığı bildirilir.

Qarabağ xanlığının son hökmdarı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan haqqında məlumat verilən müraciətdə Qarabağ xanlığına səfəri zamanı A.Duma ilə Natəvanın şahmat oynamasına diqqət çəkilir. Ardınca vurğulanır ki, Şuşadan olan bəstəkarların, musiqiçilərin, sənətkarların və yazıçıların nəsilləri bu mədəniyyət məbədinə “Qafqazın konservatoriyası” adı vermişlər. Parlaq, rəngarəng dizaynları, yerli Qarabağ atları, qədim məscidləri, sarayları və görkəmli memarlığı ilə seçilən Şuşa şəhəri Azərbaycan mədəniyyətinə verdiyi töhfə sayəsində 1977-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.

Şuşanın 28 ildir Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd olunmuş müraciətdə bildirilir ki, işğal nəticəsində şəhər və rayonun 30 kəndi dağıdılmış, 195 nəfər dinc sakin həlak olmuş, 165 nəfər yaralanmış, 58 nəfər itkin düşmüş, 24 mindən çox əhali isə etnik təmizləməyə məruz qalmışdır. Eyni zamanda, mədəniyyət və tarixi abidələrin dağıdılması, məbəd və məscidlərin vandalizmə məruz qalması haqqında ətraflı məlumat verilir.

Vurğulanır ki, beynəlxalq birlik, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində əks olunduğu kimi, Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və onun ərazilərinin işğalını qəti şəkildə qəti şəkildə qınamışdır. Beləliklə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkəti rədd etmiş və bu cür hərəkətlər nəticəsində yaranan vəziyyətin qanuniliyini tanımaqdan imtina edib. Mayın 8-də Ermənistan siyasi rəhbərliyinin qondarma “Qələbə Günü” qeyd etmək üçün Şuşaya mütəmadi səfərləri isə İkinci Dünya müharibəsi illərində nasistlərin Avropa şəhərlərini işğal etməsi kimi xatırlanır. Əlavə olunur ki, həmin hal Avropa İttifaqının tərəfdaş ölkəsi olan Ermənistanın hələ də tətbiq etdiyi nifrət və ksenofobiya siyasətinin yolverilməzliyi barədə sivil dünyaya çirkin bir xatırlatmadır. Sonda vurğulanır ki, beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməsini təmin etmək və bu ölkədən işğala, habelə Azərbaycan ərazilərinin demoqrafik, iqtisadi, sosial və mədəni xüsusiyyətlərini dəyişdirməyə son qoymağı tələb etmək məsuliyyəti var. Sayı 1 milyondan çox olan azərbaycanlı məcburi köçkünlərin qarşısında beynəlxalq aləm öhdəlik daşıyır.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın üzvü Aybəniz İsmayılovanın müəllifi olduğu məqalə isə “Aybəniz İsmayılova: Şahzadə Natəvanın narahat ruhu hüzur tapanadək xəyallarımızda gəzməyə davam edəcək və Şuşaya qayıdacaq” adı altında Bolqarıstanın nüfuzlu “Fokus” xəbər agentliyinin və “Bürünc qadının xəyalı” sərlövhəsi ilə “Kırcaalihaber” qəzetinin internet səhifəsində yayımlanıb.

Məqalədə Şuşa şəhərinin əsasının qoyulması, bölgənin əhəmiyyətli siyasi, iqtisadi və mədəni mərkəzə çevrilməsi haqqında məlumat verilir və buradan çoxsaylı Azərbaycan şairləri, yazıçıları, musiqiçiləri, aktyorları və ziyalılarının çıxdığı qeyd olunur. “Xurşidbanu” təxəllüsü ilə tanınan şahzadə Natəvanın obrazı üzərində qurulmuş məqalədə şairin kiçik, lakin möhtəşəm şəhərin mədəni irsini daha da zənginləşdirdiyi, onun istedadı, qüsursuz zövqü və xalqına olan böyük qayğısı ilə fransız həmkarı Aleksandr Dumanı valeh etdiyi qeyd olunur. Ardınca təəssüf hissi ilə bildirilir ki, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Natəvanın Ev muzeyi, onun himayəsi altında qurulmuş bulaq və bütün digər abidələr dağıdılıb. Ermənistan silahlı qüvvələri Gəncə darvazasını, Pənahəli xanın qala və kitabxanasını, 19-cu əsr Gövhərağa məscidini, Karvansarayı və 5 min eksponatdan çox kolleksiyaya malik Şuşa Muzeyini viran qoyub.

Məqalədə beynəlxalq birlik tərəfindən işğal altındakı Qarabağ bölgəsinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazisi kimi qəbul olunduğu vurğulanmaqla artıq 30 ildir ki, azərbaycanlıların təməl insan hüquqlarından istifadə edərək vətənlərinə qayıda bilmədikləri bildirilir. Həmçinin, “Xanqızı”nın güllələnmiş abidəsinin sökülərək Gürcüstanda satılmasından və Brüsselin Vaterloo şəhərindəki Natəvanın abidəsinin təhqir olunmasından ətraflı məlumat verilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramovanın müəllifi olduğu “Azərbaycanın Şuşası - bürüncdən daha davamlıdır” adlı məqalə nüfuzlu “Standart” qəzetinin və Novini247.com portalının internet səhifəsində yayımlanıb. Məqalədə mayın 8-də Avropanın nasizm üzərində qələbəni qürurla qeyd etdiyi dövrdə Azərbaycan xalqının 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Şuşa şəhərinin taleyindən kədərləndiyi qeyd olunur. Tarixi Azərbaycan şəhərinin xalqımızın elmi həyatında oynadığı böyük rola diqqət yetirilir və Azərbaycan xalqının poeziyası, mədəniyyəti və musiqisindəki mövqeyi vurğulanır. Qeyd olunur ki, Şuşadan olan bəstəkarların, sənətkarların, musiqiçilərin və yazıçıların nəsilləri bu mədəniyyət məbədinə “Qafqaz Konservatoriyası” adını qazandırıb. Bu gözəl guşədə ənənəvi Azərbaycan vokal və instrumental sənət janrı olan muğamın aparıcı məktəblərindən biri formalaşmışdır.

Ardınca şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal nəticəsində dəymiş maddi və mənəvi dağıntılar haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin kolleksiyalarında Şuşa şəhəri ilə bağlı çoxlu materiallar mövcuddur. Onlar Şuşadan olan fotoşəkillər, şəxsi əşyalar, sənədlər, musiqi alətləri, əlyazmalar, məktublar, səs qeydləri, kitablar və s. ehtiva edir. Görkəmli musiqiçilərdən bəhs edən materiallardan söhbət açılır və Üzeyir Hacıbəyli başda olmaqla, Xurşidbanu Natəvan, Bülbül, Mirzə Sadıq Əsədoğlu, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski və digərləri barədə məlumat verilir. Şuşa və bütövlükdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması vurğulanan məqalə Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ilə tamamlanır.

Eyni zamanda, “Fokus” xəbər agentliyinin “Dünya tarixdə bu gün” seriyasında 8 may tarixinə olan məlumatda da Şuşa şəhərinin işğalına yer verilir. 1992-ci ildə Azərbaycanın tarixi Şuşa şəhərinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildiyi qeyd olunaraq işğalın ağır nəticələri sadalanır. Məlumatda “Azərbaycan musiqisinin beşiyi” və “Qafqaz konservatoriyası” kimi təqdim olunan Şuşa şəhərinin işğalı nəticəsində Azərbaycan xalqının maddi, mədəni və mənəvi irsinə ağır zərbə vurulduğu bildirilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb