BOLQARISTAN PARLAMENTİ ÖLKƏDƏ ABŞ HƏRBİ BAZALARININ YERLƏŞDİRİLMƏSİNƏ TƏRƏFDARDIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Bolqarıstan parlamentinin deputatları ABŞ hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsinə tərəfdar çıxmışlar. Bolqarıstan Xalq Məclisi bu qərarı böyük səs çoxluğu ilə bəyənmişdir. Yalnız bir neçə deputat qərarın ölkənin milli mənafeyinə cavab vermədiyini və onun təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək göstərməyəcəyini bildirmişdir.
Xalq Məclisi bu prosesin konkret parametrlərinə dair ABŞ hökuməti və NATO, habelə digər müttəfiq və tərəfdaş ölkələrin hökumətləri ilə Bolqarıstan arasında başlanmış məsləhətləşmələri dəstəkləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]