BOLQARISTAN RESPUBLİKASININ ÖZƏLLƏŞDİRMƏ AGENTLİYİNDƏ İNFORMASİYA VƏ TƏCRÜBƏ MÜBADİLƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) ilə Bolqarıstan Respublikasının Özəlləşdirmə Agentliyi arasında ikitərəfli əməkdaşlığa uyğun olaraq, qurumun sədri Kərəm Həsənov bu ölkədə səfərdə olmuşdur.
Səfərin məqsədi dövlət əmlakının özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması, informasiya və təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi idi.
Kərəm Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi islahatlar, ölkəmizdəki sürətli yüksəliş barədə danışmış, özəlləşdirmə sahəsində görülmüş işlər, əldə olunmuş nəticələr haqqında ətraflı məlumat vermişdir. Komitə sədri ölkələrimiz arasında münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərinin olduğunu və hazırda bu əməkdaşlığın Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
DƏİEDK sədri bildirmişdir ki, ölkənin hazırkı inkişaf mərhələsində həyata keçirilən özəlləşdirmə prosesi iqtisadi yüksəlişdə vasitə rolunu oynayır. Bu baxımdan komitənin qarşısında duran başlıca vəzifə dövlət əmlakı üzərində idarəetmənin təkmilləşdirilməsi, özəlləşdirmə prosesinin sürətləndirilməsi, prosesdə şəffaflığın daha da artırılması, bu sahəyə əlavə investisiyaların cəlb olunmasına dair aparılan dövlət siyasətinin səmərəli şəkildə həyata keçirilməsi, özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin bərpası və inkişafı, yeni iş yerlərinin açılmasından ibarətdir.
Qonaqlara agentliyin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verən Bolqarıstan Respublikası Özəlləşdirmə Agentliyinin icraçı direktoru Todor Nikolov, ölkədə özəlləşdirilmənin 1992-ci ildən başlandığını bildirmiş, bu vaxtadək görülmüş işlərdən, eyni zamanda “Kremikovtzi” (Sofiya), “Neftochim” (Burqas), “Sodi-Devnya” (Devnya) və “Somat” (Sofiya) kimi bir sıra iri müəssisələrin özəlləşdirilməsi təcrübəsindən danışmışdır.
Səfər çərçivəsində nümayəndə heyəti 2007-ci ilin yanvarında
Bolqarıstan Respublikasının Özəlləşdirmə Agentliyi tərəfindən özəlləşdirilmiş “Bulgaria Air” şirkətinə baş çəkmiş, müəssisənin səhmlərinin alıcısı “Hemus Air” şirkətinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.