Böyük Britaniya Azərbaycanda iqtisadi proseslərin dəstəklənməsində mühüm rol oynaya bilər - EKSPERT
Bakı, 5 fevral, Tamilla Məmmədova, AZƏRTAC
Böyük Britaniyanın dünyanın aparıcı maliyyə mərkəzlərindən biri statusuna malik olması və ən iri beynəlxalq bankların burada cəmləşməsi ona Azərbaycanda iqtisadi proseslərin dəstəklənməsində əhəmiyyətli rol oynamaq imkanı yaradır.
Bu fikirləri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında britaniyalı ekspert Nil Uotson səsləndirib.
Cənubi Qafqazda regional sabitliyin təmin olunması və iqtisadi inkişafın təşviqi baxımından Böyük Britaniyanın imkanlarını şərh edən Nil Uotson bildirib ki, London uzun müddətdir ardıcıl şəkildə fəal iqtisadi diplomatiya həyata keçirir, infrastruktur layihələrinə və strateji təşəbbüslərin maliyyə müşayiətinə xüsusi diqqət ayırır.
Ekspert qeyd edib ki, hazırda Azərbaycana, o cümlədən azad edilmiş ərazilərin minalardan təmizlənməsi layihələri çərçivəsində, əhəmiyyətli həcmdə maliyyə vəsaiti daxil olur. Bununla paralel olaraq özəl investisiyalar fəallaşır, suveren fondlardan və risklərin sığortalanması alətlərindən istifadə edilir.
İqtisadi aspektlə yanaşı, Uotson siyasi müstəviyə də diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh prosesi yekun mərhələyə yaxınlaşıb, ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə atılmış addımlar isə danışıqların daha da irəliləməsinə töhfə verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]