Böyük Britaniya Kraliçası II Elizabet sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır
London, 21 may, AZƏRTAC
Böyük Britaniya Kraliçası II Elizabet sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır.
Kraliça Elizabet bütün hadisə barədə xəbərləri, o cümlədən elanları və saray ziyarətləri ilə bağlı məlumatları paylaşacaq işçiyə ayda 30 min funt ödəyəcək.
Yeni işçi Bekinqem sarayında işləyəcək və sosial media mütəxəssislərinin kiçik bir qrupunu idarə edəcək. Sarayın veb-saytının idarə olunması sosial media menecerinin vəziflərindəndir.
Həmçinin yeni işçiyə illik 33 günlük məzuniyyət, nahar və bonuslar da təqdim ediləcək.
Qeyd edək ki, Kral ailəsi son aylarda ictimai mediada təhqiramiz şərhlərlə mübarizə aparmaq üçün bu addımı atıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:51]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]