Böyük Britaniyanın Azərbaycandakı səfiri Azərbaycan Dillər Universitetində mühazirə oxumuşdur
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ilə görüşmüşdür.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə S.Seyidov qonağa rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir. ADU-nun Böyük Britaniya universitetləri ilə əlaqələrinə toxunan rektor Esseks, Qlazqo və İpsviç universitetləri ilə əməkdaşlıqdan söz açmışdır. Eyni zamanda, ADU-nun “Təlimdə İnnovasiyalar və əlavə təhsil” kafedrasının “British Council” təşkilatı ilə əlaqələrindən danışmışdır.
Səmimi qəbula görə təşəkkür edən İ.Siddiq Azərbaycan və Böyük Britaniya əlaqələrindən, universitetlərarası münasibətlərdən, təhsil sahəsindəki əməkdaşlıqdan danışmışdır. O, təhsil sahəsindəki əməkdaşlığın hər zaman vacib olduğunu vurğulamışdır. Diplomat səfirliyin səmərəli əməkdaşlıq üçün müxtəlif təhsil layihələrini həyata keçirdiyini söyləmişdir.
Sonra səfir ADU-nun tələbələri ilə görüşmüş, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində “Aİ və Aİ-nin Şərq ölkələri ilə əlaqələri” mövzusunda məruzə ilə çıxış etmiş, tələbələrin suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]