Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qayıdış dayanıqlı inkişafın təməlidir

Böyük Qayıdış dayanıqlı inkişafın təməlidir

Bakı, 2 iyun, AZƏRTAC

2020-ci il - yeniləşən, rəqəmsallaşan, innovativ intellektə əsaslanan bu dünyada Azərbaycanın öz yeni tarixini yazmağa başladığı ildir. Məhz 2020-ci ildə Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.

Hazırda işğaldan azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işlərinin fonunda Prezident İlham Əliyevin Sərəncamı ilə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin nəzarəti ilə bu istiqamətdə mühüm işlər aparır. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O qeyd edib ki, bununla əlaqədar olaraq artıq üç ildir Azərbaycan Respublikasının Milli Məclisi işğaldan azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən ayrılmış vəsaiti təsdiq edir. 2023-cü ilin dövlət büdcəsində bu vəsaitin miqdarı 3 milyard manat olaraq nəzərə alınmış, hazırda da bu vəsaitin miqdarının artırılması üzrə büdcə dəyişikliyi müzakirə olunmaqdadır.

Artıq Azərbaycan xalqının böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıtdığını vurğulayan deputat deyib: “Keçdiyimiz günlərdə, məhz 28 May - Müstəqillik Günündə 31 illik fasilədən sonra Laçın sakinlərinin öz doğma şəhərinə ilk qayıdışı baş tutdu. Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində Prezident İlham Əliyevin sakinlərlə görüşü, onlara evlərinin açarlarını şəxsən təhvil verməsi, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirak etməsi bir daha onu göstərdi ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma və tikinti işləri nəinki diqqət mərkəzindədir, eyni zamanda, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda sülhün, əmin-amanlığın təmin olunmasında qətiyyətini nümayiş etdirdi.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, Laçının böyük hissəsi cəmi 7-8 ay ərzində tamamilə yenidən qurulub. Qısa müddətdə, aparılan yenidənqurma işləri çərçivəsində 620 fərdi yaşayış binası, 9 çoxmənzilli bina inşa edilib. Artıq burada qayıdışın birinci mərhələsində 4 minə yaxın həmyerlimiz məskunlaşacaq”.

Məzahir Əfəndiyevin sözlərinə görə, sakinlərlə görüşü zamanı Prezident İlham Əliyevin son zamanlarda beynəlxalq təşkilatların Azərbaycanın mövqeyi ilə razılaşdıqlarına dair səsləndirdiyi fikirlər xüsusi diqqətəlayiq məqam idi. Baxmayaraq ki, Azərbaycan bərpa və yenidənqurma işləri ilə bağlı bütün fəaliyyətini təkbaşına, öz gücünə, öz resursları və imkanları hesabına həyata keçirir, eyni zamanda, bu prosesdə beynəlxalq təşkilatların, Azərbaycana dost olan, xüsusilə 44 günlük İkinci Qarabağ - Vətən müharibəsi zamanı haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrin də iştirakını arzuolunan hesab edir.

Xüsusi olaraq bu gün dünyada məskunlaşma siyasəti və “2030 Gündəliyi”ndə yer alan Dayanıqlı İnkişaf Məqsədlərinin çağırışlarına cavab verən, həmin məqsədlərin icrasına nəzarət edən Birləşmiş Millətlər Təşkilatı da bu işlərə yaxından cəlb olunmalı və əzm göstərməlidir.

“Bildiyimiz kimi, ötən ilin oktyabr ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) əməkdaşlığı ilə Ağdam şəhərində keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu keçirilmişdi. Həmin Forum, eyni zamanda, müharibədən sonrakı dövrdə müasir çağırışların istiqamətləndirilməsi üçün yeni bir əsas idi. Azərbaycan üçün bu tarixi əhəmiyyətə malik Forumun baş tutması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasətin davamı idi.

2023-cü ildə də sürətlə aparılan yenidənqurma və bərpa işləri imkan verir ki, BMT bu tədbirini bir daha Azərbaycanda keçirsin. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə beynəlxalq standartlara cavab verən fəaliyyətinin yeni müstəvidə davam etdirilməsinə öz töhfəsini verə bilər”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, BMT-nin İnsan Məskənləri Proqramı (UN-HABİTAT) Assambleyasının İkinci Sessiyası və Biznes Liderlərinin Dəyirmi Masası bu il iyun ayında Keniyanın paytaxtı Nayrobi şəhərində baş tutacaq.

UN-HABİTAT Assambleyasının builki mövzusu “İnklüziv və səmərəli çoxtərəflilik vasitəsilə davamlı şəhər gələcəyi: Qlobal böhranlar zamanı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq”dır.

Assambleya çərçivəsində keçiriləcək iclaslarda daha möhkəm və dayanıqlı şəhərlərə nail olmaq yollarını müzakirə etmək, maliyyə problemlərini aradan qaldırmaq üçün dünyanın hər yerindən mötəbər biznes və sənaye liderləri, xeyriyyəçilər, inkişaf bankları, investorlar, üzv dövlətlər və BMT qurumlarının nümayəndələri bir araya gələcəklər.

Sessiyanın sonunda şəhərsalma və məskunlaşma üzrə müəyyən qlobal qərarların qəbul olunması nəzərdə tutulur.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gördüyü möcüzəvi işlər, ölkə Prezidentinin çıxışlarında səsləndirdiyi bəyanatlar vasitəsilə BMT öz məsuliyyətini dərk edərək məhz Azərbaycanın haqq, ədalət işində, xüsusilə də BMT əsasnaməsində öz əksini tapmış sülhə çağırış istiqamətindəki fəaliyyətini düzgün dəyərləndirməklə, bundan sonra da Azərbaycanın yanında olaraq doğma Qarabağımızda bərpa və yenidənqurma işlərini Azərbaycan hökuməti ilə birlikdə həyata keçirərərək, bütövlükdə Cənubi Qafqazda DİM-lərə nail olunmasında mühüm əhəmiyyət kəsb edən işlər görə bilər, - deyən Məzahir Əfəndiyev fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO