BÖYÜK VƏTƏN MÜHARİBƏSİ ƏLİLİNƏ “OKA” AVTOMOBİLİ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Tərtər şəhərində Seydimli kənd sakini Böyük Vətən Müharibəsi əlili, şəhid atası Firidun Vəliyevə “Oka” avtomobili verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə rayon əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Abbas Cavadov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi yerli şöbəsinin sədri Suliddin Yusifov, Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin şöbə müdiri Azad Tağızadə çıxış edərək müharibə veteranlarına və əlillərə göstərilən dövlət qayğısından danışmışlar. Xatırlatmışlar ki, 21 tərtərli Qarabağ müharibəsi əlilinə “Oka” markalı avtomobili verilmişdir.
Rayon icra hakimiyyətinin başçısının müavini Vidadi Bəylərov bildirmişdir ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində 2004-cü ildən “Oka” markalı avtomobil almaq üçün növbədə duran Firidun Vəliyevin arzusu həyata keçmişdir. Bu, ölkə başçısının tərtərlilərə olan diqqətinin bariz nümunəsidir.
Yeni maşının açarları müharibə əlilinə təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]