Azərbaycan Dövlət İnformasiya Agentliyi

Brendləşən Azərbaycan xalçası dünya markaları ilə bir sırada

Bakı, 5 dekabr, AZƏRTAC

Milli brend hazırda təşəkkül dövrünü yaşamaqdadır. Artıq mağazalarda dünya markaları ilə yanaşı dayanan yerli istehsala da rast gəlmək mümkündür. Bu da olduqca təqdirəlayiqdir. Hazırda bu sahədə ciddi rəqabət yaranıb. Bu gün dünyaya səs salan Azərbaycan xalçaları da milli brendin ön sıralarında yer alır. “Azərbaycan xalçası” brendinin dünya bazarında öz yerini tutması və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərovun AZƏRTAC-a təqdim etdiyi növbəti yazı, Azərbaycan xalçasının brendə çevrilməsi prosesində keçdiyi mürəkkəb və şərəfli yola işıq salır. Yazını oxuculara təqdim edirik.

Dünyada sürətlə qloballaşma prosesi gedir. Müasir dövrün cəmiyyətə bəxş etdiyi yeniliklər, mədəni, iqtisadi inteqrasiya ölkələri və xalqları bir-birinə daha çox yaxınlaşdırır. Bu yaxınlaşma fərqli mədəniyyətlərə özünüifadə baxımından geniş qapılar açır. Bununla belə, iqtisadi maraqlar da arxa planda qalmır. Bu gün hər bir ölkə öz maraqları və maraqlı tərəfləri ilə önə keçməyə can atır. Bu “yarış cədvəlində” ölkələrin zəngin mədəniyyəti, dəyərləri ilə yanaşı, onların yaratdıqları və dünyaya ixrac etdikləri brend məhsullar da xüsusi yer tutur. Güclü brend uzunmüddətli tarixi, mədəni, siyasi və iqtisadi inkişafın nəticəsidir. Uğurlu qlobal brendlərin olması ölkənin tanınması və iqtisadi inkişafına böyük töhfələr verdiyindən, bir çox dövlətlər brendləşmənin inkişafına dəstək verir, onların maraqlarını qoruyurlar. Milli dəyərləri dünyada brend məhsula çevrilən dövlətlər isə çox az saydadır.

Dünyanın inkişaf etmiş ölkələrinin adı çəkilərkən, onların tərəqqisindən söhbət açılarkən ilk yada düşənlərdən biri də bu ölkələrin ixrac etdikləri brend məhsullardır. Hazırda uğurlu brendlərin böyük hissəsi bir neçə meqabrend ölkələr - ABŞ, Almaniya, Yaponiya, İsveçrə, Böyük Britaniya, Fransa, İtaliya, Koreya Respublikası, Türkiyə, Rusiya və Çin tərəfindən dünya bazarına çıxarılır. Bu ölkələrdə istehsal olunan məhsullardan istehlakçılar keyfiyyət gözləyirlər və bunun müqabilində istənilən məbləği ödəməyə hazırdırlar. Adıçəkilən və digər inkişaf etmiş ölkələrin brend məhsul istehsalı asanlıqla başa gəlməyib. Onlar bir məhsulu brendə çevirmək üçün uzun bir yol keçiblər. Bu ölkələr tarixən dünyaya özlərinə məxsus məhsullar ixrac ediblər. Həmin məhsullar müasir dövrümüzdəki kimi, brend adlandırılmasa da, mahiyyət eyni olub. Onların ticarət yolları ilə Şərqə, Cənubi Amerikaya apardıqları, Avropada satdıqları güzgü, kitab çapı avadanlıqları və digər texniki vasitələr, qızıl-zinət əşyaları, xəz dəri məmulatları o zamanın brend məhsulları sayılırdı. Müasir dövrdə də həmin ölkələr güclü brendləri ilə özünəməxsus imic yaradıblar. ABŞ “Apple”, Yaponiya “Toshiba”, “Sony”, “Panasonic”, “Toyota”, Koreya Respublikası “Samsung”, İsveçrə “Rolexs”, “Tissot”, Almaniya “Audi”, “Porsche”, “Mersedes-Benz”, “Siemens”, “Adidas”, “BMW”, “Wolksvagen”, Türkiyə “Arçelik”, “Vestel”, “Tofaş” kimi brendləri ilə bütün dünyada məşhurdur. Qidadan tekstilə, elektronik avadanlıqlardan avtomobil sənayesinə qədər bütün sahələri əhatə edən bu məhsullar uzun illərdir ki, dünya bazarında öz yerini qoruyub saxlayır. İstehsal olunan məhsulları brendə çevirmək üçün keyfiyyət amili əsas götürülüb. Həmin məhsulların təbliğat işinin düzgün qurulması da onların brend olmasında mühüm rol oynayıb. Əlbəttə ki, bu siyahını daha da genişləndirə bilərik.

Azərbaycan da tarixən dünya bazarına bir çox məhsullar çıxarıb. Ölkəmizin Böyük İpək Yolu üzərində yerləşməsi buna öz təsirini göstərib. Azərbaycanın dünya bazarına çıxardığı və zamanla brendə çevrilən məhsullardan biri də xalçadır. Xalqımızın təfəkkürünün və istedadının məhsulu olan xalçaya həmişə müxtəlif ölkələrdə böyük maraq olub. Azərbaycan az saylı ölkələrdəndir ki, milli dəyəri olan, keçmişini, tarixini əks etdirən xalçanı brend məhsula çevirə bilib.

Bu gün dünyanın bir çox nüfuzlu muzeylərində və şəxsi qalereyalarında saxlanılan Azərbaycan xalçaları onların tarixən brend məhsullar kimi alındığını və çox dəyərli olduğunu sübuta yetirən faktlardandır.

Müasir Azərbaycan dövləti tarixi ənənəni bərpa edərək əl üsulu ilə, milli naxışlarla toxunan xalçaların şöhrətini özünə qaytarmaq, onu yenidən beynəlxalq brendə çevirmək üçün mühüm tədbirlər həyata keçirib. Bu istiqamətdə görülən işlər uğurla davam etdirilir. “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda da xalçanın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

Dövlət proqramında qeyd olunduğu kimi, xalçaçılıq işinin inkişafını dəstəkləyən ölkələr, əsasən, xalçaçılıq sahəsində ölkə brendlərinin yaradılmasına və xarici bazarlarda təşviq edilməsinə xüsusi əhəmiyyət verirlər. Bu isə həmin ölkələrdə xalça istehsalının rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması Azərbaycan xalçalarının başqa ölkə brendləri adı altında satılmasının qarşısının alınması baxımından olduqca əhəmiyyətlidir.

“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb. Cəmiyyət İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu istiqamətdə mühüm işlər həyata keçirib və artıq “Azərbaycan xalçası” brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız “Azərbaycan brendi” adı ilə satılır.

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan xalçası” brendinin dünya bazarında öz yerini tutması və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirir.

Aydın məsələdir ki, keyfiyyətsiz məhsul brend ola bilməz. Ona görə də ilk növbədə keyfiyyət amilinə ciddi diqqət yetirilir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça”nın Xaçmaz filialının açılışında bu xalçaların keyfiyyətini xüsusi vurğulamışdı: “Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”.

Bir məhsulun brendləşməsi üçün reklam, təbliğat və marketinq işinin düzgün qurulması da əsas şərtlərdəndir. Odur ki, “Azərxalça” dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq xalça satış-sərgilərində iştirak edir. Həmin sərgilərdə nümayiş etdirilən xalçalar isə “Azərbaycan brendi” kimi təqdim olunur. 2016-2018-ci illərdə “Azərxalça”nın məhsulları Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Rusiyada keçirilən beynəlxalq tədbirlərdə sərgilənib və böyük maraq oyadıb. “Azərxalça” hər il qatıldığı DOMATEX xalça satış-sərgisi zamanı keçirilən “Xalça dizaynı” müsabiqəsində də iştirak edir.

Bundan başqa, Azərbaycan xalçalarının təbliğatı məqsədilə dünyanın bu sahə üzrə ixtisaslaşmış nüfuzlu “Halı” və “Carpet XL” jurnalları ilə əməkdaşlıq edilir. Bu jurnalların hər nömrəsində Azərbaycan xalçaları reklam olunur. Daha çox biznes sektorunda yayılan bu jurnallarda Azərbaycan xalçalarının təbliğ olunması mühüm əhəmiyyət daşıyır. Çünki saylarında klassik xovlu və xovsuz xalçalara, modern xalçalara geniş yer verən bu jurnalların əsas oxucuları xalçaçılıq üzrə aparıcı şirkətlərin rəhbərləri, pərakəndə satış sektorunun nümayəndələri, ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən xalça satışı mərkəzlərinin, mağazalarının təmsilçiləridir.

Azərbaycan xalçalarının milli brend kimi təbliğatında sosial şəbəkələrin imkanlarından da istifadə olunur. “Azərxalça”nın rəsmi “Facebook”, “Istagram” və “Twitter” səhifələrinin 10 mindən çox izləyicisi var. Dünyanın müxtəlif ölkələrindən olan izləyicilər hər gün yenilənən bu səhifələrdə “Azərxalça”nın filiallarında toxunan xalçalarla tanış olurlar. Sosial şəbəkələrdəki təbliğat bununla bitmir. “Azərxalça”nın dəstəyi ilə yaradılan və fəaliyyətini davam etdirən “Azerbaijan carpet” adlı ingilis dilində olan “Facebook” səhifəsini 50 minə yaxın sosial şəbəkə istifadəçisi izləyir. Bu səhifədə həm tarixi Azərbaycan xalçaları, həm də “Azərxalça”nın filiallarında istehsal olunan məhsullar təbliğ və təqdim olunur. Dünyanın 50-dən çox ölkəsinin sosial şəbəkə istifadəçisinin izlədiyi bu “Facebook” səhifəsinin ən çox izləyicisi Avropa ölkələridir. Bu təbliğat vasitələri Azərbaycan xalçasının brend məhsul kimi tanıtımına öz töhfəsini verir.

Azərbaycan xalçası mədəni ənənələrə əsaslanan dövlət brendidir. Bu milli brendimiz xalqımızın özünəməxsus xüsusiyyətlərini, tarixi və mədəni köklərini özündə cəmləşdirir. Azərbaycan xalçasını dəyərli edən onun tarixi çeşnilər əsasında toxunmasıdır. Bu xalçalar öz keyfiyyəti, gözəlliyi, qədim çeşniləri, unikal və mənalı naxışları ilə istehlakçının şüuruna təsir edərək ona uzunmüddətli seçim üstünlüyü qazandırır.

Bütün bu sadalananlardan belə nəticəyə gəlmək olar ki, istənilən məhsulun brendləşməyə gedən yolu onun keyfiyyətindən və düzgün təbliğatından asılıdır. Tam cəsarətlə demək olar ki, bu istiqamətdə görülən işlər Azərbaycan xalçasının brend məhsul kimi dünya bazarında öz layiqli yerini tutmasına gətirib çıxarır.

Dünya təcrübəsi göstərir ki, brend yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir. Eyni zamanda, ölkənin brendləşməsi xarici turistlərin və xarici investisiyanın cəlb edilməsinə, daxili bazarın stimullaşdırılmasına, ixrac həcminin artmasına, valyutanın möhkəmlənməsinə şərait yaradır. Milli dəyərlərini brendə çevirən dövlətlər isə həm də öz tarixlərini, mədəniyyətlərini təbliğ edirlər. Bu mənada Azərbaycan xalçasının brend məhsul kimi dünyaya ixracı çox böyük əhəmiyyətə malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR