Britaniyalı ekspert: Təhsil Bakı ilə London arasında uzunmüddətli tərəfdaşlığın əsas elementinə çevrilir
Bakı, 5 fevral, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycan–Britaniya münasibətlərində “yumşaq güc” perspektivlərindən danışarkən vurğulamaq lazımdır ki, təhsil sahəsində əməkdaşlıq strateji əhəmiyyət qazanır.
Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında britaniyalı ekspert Nil Uotson səsləndirib.
Onun sözlərinə görə, ingilis dilində keyfiyyətli və hərtərəfli təhsil ölkənin gələcək inkişafı üçün mühüm alət hesab olunur.
Proqramın həmsöhbəti qeyd edib ki, beynəlxalq ünsiyyət dili olan ingilis dilinə yiyələnmək Qərb institutları və tərəfdaşları ilə səmərəli qarşılıqlı fəaliyyət üçün zəruri şərtə çevrilir.
Uotson vurğulayıb ki, iki ölkə arasında təhsil əməkdaşlığının genişlənməsi hər iki tərəfdə, yəni, həm Britaniyanın təhsil müəssisələri, həm də Azərbaycan hökuməti tərəfindən maraqla qarşılanır. O əlavə edib ki, bu proses ölkənin postmünaqişə reallığından çıxışı fonunda tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]